Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb


Sabirabad rayonunda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun ölümündə şübhəli bilinən qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}