Göygöldə avtomobil ağaca çırpılıb, dörd nəfər xəsarət alıb
Göygöl rayonunda idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində dörd nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar - 2003-cü il təvəllüdlü Fuad Əsgərov, 2003-cü il təvəllüdlü Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Xəsarət alanların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








