Bakıda 81 yaşlı qadın hamamda yıxılaraq ölüb


Bakıda 81 yaşlı qadın hamamda yıxılaraq ölüb.

Şəffaflıq.az xəbər verir ki, paytaxtın Səbail rayonu ərazisində oktyabrın 30-da 1944-cü il təvəllüdlü Həqiqət Adil qızı Vəliyeva yaşadığı Y.Mürsəlov küçəsi ev 112-nin hamam otağında yıxılıb.

Nəticədə qadın baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq H.Vəliyeva noyabrın 5-i ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}