Bakıda üç nəfərin üzərinə çinar ağacı aşıb
Bakıda güclü külək nəticəsində çinar ağacı aşıb, üç nəfər xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, hadisə Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında qeydə alınıb. Hadisə nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağacın altında qalaraq xəsarət alıblar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Xəbəri paylaş
Facebook-da paylaş








