Qubada yolun kənarından kişi meyiti tapılıb
Quba-Xaçmaz avtomobil yolunun kənarından kişi meyiti aşkarlanıb. Şəffaflıq.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Armudpadar kəndindən keçən hissəsində Vəfalı Haqverdiyevin meyiti aşkarlanıb. Onun hansı səbəbdən ölməsi məlum deyil. Araşdırmalarla Vəfalı Haqverdiyevin uzun illər epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
