Babəkdə kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən 45 min manat oğurlayan qadın saxlanılıb. Şəffafıq.az xəbər verir ki, evlərin birindən 45 min manat oğurlanması barədə polisə məlumat daxil olub. Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan qadın evə kişi geyimində daxil olaraq oğurluğu törədib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








