Bakıya əlavə yol-patrul naryadları cəlb olunub
Baş Dövlət Yol Polisi İdarəsi Bakıya giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir. Bu barədə İdarədən məlumat verilib. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq, yollarda sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib. Xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub, hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Şəffaflıq.az
Facebook-da paylaş
