Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxılıb


Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}