Salyanda 62 yaşlı kişi böyürtkən yığarkən ağır xəsarət alıb
TƏBİB qırma xəsarəti alan şəxsin vəziyyəti barədə məlumat yayıb. Qurumdan verilən məlumata görə, 12.09.2025-ci il tarixində saat 18:10 radələrində 1963-cü il təvəllüdlü şəxs (kişi cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol göz, sağ çiyin, sağ budun yuxarı 1/3 hissəsinin, sol əlin yaraları diaqnozu ilə ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
