Azərbaycan gömrükçüləri 2 kiloqram metamfetamin aşkar edib
İrandan Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Şəffaflıq.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb. Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
