"Report" İnformasiya Agentliyi "İlin media qurumu" mükafatına layiq görülüb - FOTO

 Bu gün "Bulvar" otelində "Zirvə" Beynəlxalq İdman Klublarının "Zirve Awards" mükafatlandırma mərasimi keçirilib.
Şəffaflıq.az-ın məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycan idmanında əldə olunmuş nailiyyətlər, klubun keçirdiyi tədbirlər və uğurlarından bəhs edən video-süjet nümayiş etdirilib.
Ardından klubun prezidenti Tofiq Heydərov ənənəvi mükafatlandırma mərasimində bu dəfə yalnız "Zirvə"nin idmançı və məşqçilərini deyil, bütün klubların yeniyetmə və gənc istedadlarını, onları yetişdirən məşqçi və federasiyaları, eləcə də media dəstəyi verən KİV-ləri də təltif etməyi qərara aldıqlarını diqqətə çatdırıb.
Daha sonra mükafatlar təqdim olunub. Təltif olunanlar arasında "Report" İnformasiya Agentliyi də var. Agentlik "İlin media qurumu" mükafatına layiq görülüb.
Sonda VIII Beynəlxalq "Zirvə" Uşaq Oyunlarının Astarada keçiriləcəyi açıqlanıb və bu münasibətlə keçici bayraq "Zirvə Astara"nın nümayəndəsinə ötürülüb."Report"





 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}