Şamaxı Olimpiya Mərkəzinin uğuru.

 Şamaxı Olimpiya Mərkəzinin uğuru.İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2019" layihəsinin icrasına başlayıb.
 Şəffaflıq.az xəbər verir ki, ardıcıl 7-ci ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi "Report" agentliyi, baş sponsoru "AAAF Holding", sponsorları isə Azərbaycanın ilk idman geyimi brendi "İl`Azero" və "Dadlı Naxçıvan Məhsulları"dır. Əvvəlki layihələrlə müqayisədə bu dəfə də nominasiyaların tərkibində bəzi dəyişikliklər edilib. "İlin komandası" nominasiyası siyahıya daxil edilib. "İlin idman yarışı" isə "İlin idman qurğusu" nominasiyası ilə dəyişdirilib. Beləliklə, nominasiyaların sayı 7-yə çatdırılıb və hər bir nominasiya üzrə 7 namizəd müəyyənləşdirilib. Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında "İlin idman xadimi", "İlin idmançısı", "İlin futbolçusu", "İlin əcnəbi futbolçusu", "İlin komandası", "İlin məşqçisi" və "İlin idman qurğusu" nominasiyaları üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər cavablarında təklif olunan namizədlərdən birini və ya özlərinin layiq bildikləri şəxsi də göstərə bilərlər. Yekunda ən çox səs toplayan namizəd dekabrın 18-də Bakı Olimpiya Stadionunda idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə "7 Qalib" adlı mərasimdə mükafatlandırılacaq. Tədbir zamanı İAM-ın xüsusi mükafatları da təqdim olunacaq. İLİN İDMAN QURĞUSU 1."Bakcell Arena" - Futbol üzrə Azərbaycan milli komandasının, "Neftçi" klubunun daxili və beynəlxalq oyunları keçirilib. 2.Bakı Olimpiya Stadionu - UEFA Avropa Liqasının final oyunu keçirilib 3.Göygöl Olimpiya Kompleksi - Ayrı-ayrı növlər üzrə milli komandaların təlim-məşq toplanışları keçirilib 4.Heydər Əliyev adına İdman Arenası - "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında ən çox yarış keçirilib 5.Milli Gimnastika Arenası - Gimnastika növləri üzrə 7 beynəlxalq yarış, o cümlədən, bədii gimnastika üzrə dünya çempionatı keçirilib 6.Şamaxı Olimpiya Kompleksi - Ən çox kütləvi tədbirlər keçirilib 7.Tofiq Bəhramov adına Respublika stadionu - "Qarabağ" klubunun daxili və beynəlxalq oyunları keçirilib.
Qeyd etmək istəyirik ki, Şamaxı Olimpiya Mərkəzinin bu uğurları Şamaxı Rayon İcra Hakimiyyətinin, Şamaxı Rayon Gənclər və İdman İdarəsinin və Səbuhi Qarayevin birgə fəaliyyətləri sayyəsində ərsiyyə gəlmişdir.
Alxas Məmmədov.
Şamaxı
Şəffaflıq.az
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}