Lənkəranda qətl hadisəsi törədilib.
Lənkəranda qətl hadisəsi törədilib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb. V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
