İğdırdakı ağır avtoqəzada Azərbaycanın bir vətəndaşı ölüb, dördü yaralanıb
Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub. "Report"un yerli bürosu xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Xəbəri paylaş
Facebook-da paylaş
