Sumqayıtda üç "Kalaşnikov" aşkarlanıb
Sumqayıt şəhərində silah-sursat aşkarlanıb. Şəffaflıq.az-ın məlumatına görə, "Yaşma bağları" massivi ərazisində bir ədəd "Kalaşnikov” avtomatı, 76-cı məhəllə ərazisində iki ədəd "Kalaşnikov” avtomatı, bir ədəd boş, bir ədəd dolu sandıq, 29 ədəd 5,45 çaplı patron aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
