Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var
Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib. İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
