Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb. Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
