Xaçmazda 8 otaqlı evdə yanğın olub
Xaçmazda 8 otaqlı evdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonun Həsənqala kəndində ümumi sahəsi 250 m² olan kürsülü ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
