İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb, ölən var
İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb. "Report" xəbər verir ki, bu gün gecə saat 01 radələrində İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin- 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
