Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib


Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

Ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}