Ağsuda ağır qəza: 8 nəfər xəsarət aldı


28.03.2025-ci il tarixində saat 14 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına 7 (2 qadın cinsli, 5 kişi cinsli) nəfər hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyəti qənaətbəxş olan 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Onların vəziyyətləri stabil qiymətləndirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}