TƏBİB Cəlilabadda evdə doğuş edən qadının vəfatının səbəblərini açıqlayıb
Cəlilabad rayonunda evdə doğuş edən qadının vəfatı ilə bağlı TƏBİB açıqlama verib. "Report"un sorğusuna cavab olaraq bildirilib ki, martın 8-də saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub. “Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib”. Bildirilib ki, saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb. “Bütün reanimasiyon tədbirlərə baxmayaraq, 20.03.2025-ci il tarixində saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”. Şəffaflıq.az
Facebook-da paylaş
