“Türkiyə üçün sui-qəsd hazırlanır” – Pentaqonun yeni planı

 “Türkiyədən imtina etmək ABŞ üçün yolverilməz bir səhvdir. Türkiyə böyük dövlətdir. Hərbi potensial baxımından NATO-nun ikinci ölkəsidir. Türkiyə coğrafi mövqeyinə görə də NATO-nun strateji hədəfləri baxımından əhəmiyyətli bir yer tutur”.
Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə parlamentinin deputatı Məsud Haqqı Çaşın deyib.
Türkiyənin dünyanın 16-17 ən güclü dövlətindən biri olduğunu vurğulayan ekspert hesab edir ki, buna görə hər bir dövlət Türkiyəni ciddi qəbul etməlidir:
“Xüsusilə Yaxın Şərqdə, Qafqazda və Avropada hədəfləri olan bir supergüc bu strateji imkanlardan və Türkiyənin potensialından istifadə etməlidir.
Türkiyə və ABŞ-ın həm bölgədə, həm də dünyada 2030-2040-cı illər üçün strateji planları var. Hələ də inanıram ki, Türkiyə və ABŞ mühüm strateji müttəfiqdir. Ancaq düşünürəm ki, hazırda Trampın Türkiyə üzərindən prezident seçkilərində qalib gəlməsinin qarşısını almağa çalışan Pentaqon, Mərkəzi Komandanlıq və Demokratlar ölkəmizə qarşı sui-qəsd hazırlayır. İstəyirlər ki, Türkiyə Rusiyaya yaxınlaşsın və NATO-dan çıxsın”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}