Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb
Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava zamanı 29 yaşlı Nicat İsmayılov tanışı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində 1 ədəd kəsilmiş-deyilmiş daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş