Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərlənib - YENİLƏNİB
Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib. TƏBİB-dən Şəffaflıq.az-a verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar. Lerik rayonunda istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib. Şəffaflıq.az-ın məlumatına görə, zəhərlənənlərdən 6-sı azyaşlıdır. Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir, ilkin ehtimala görə, özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib. Zəhərlənən şəxslərin adlarını təqdim edirik: 1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə 1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə 2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə 2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə 1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva 1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva 2020 – ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva 2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev 1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev 2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva 2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyev.
Facebook-da paylaş