General: Yeni yaradılan cəzaçəkmə müəssisəsində üz tanınma sistemi tətbiq olunacaq


Lənkəranda yeni yaradılmış penitensiar kompleksində məhkumların məhkəməyə “online” qoşulması üçün xüsusi yerlər və üz tanınmasına dair xüsusi kompüterlər quraşdırılıb.

Şəffaflıq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Lənkəranda yeni istifadəyə verilmiş penitensiar kompleksində keçirilmiş mediatur zamanı Ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələri, eləcə də Ədliyyə Nazirliyinin strukturu olan Penitensiar Xidmət təkmilləşdirilir:

“Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların şəraiti yaxşılaşdırılır. İdarəetmədə innovativ texnologiyalardan istifadə edilir. Bir neçə ay əvvəl Umbakı Penitensiar müəssisəsinin fəaliyyətə başlaması, eləcə də Lənkəranda yaradılan yeni cəzaçəkmə müəssisəsi məhkumlara diqqət və qayğının nümunəsidir. Kompleksdə bütün müasir tələblər nəzərə alınıb. Müəssisədə məhkumların məhkəməyə "online" qoşulması üçün xüsusi yerlər və üz tanınması üçün xüsusi kompüterlər var. Məhkumların asudə vaxtlarını səmərəli keçirmək üçün idman zalları və islah işlərini aparmaq üçün müvafiq yerlər var".

General əlavə edib ki, iki hissədən ibarət olan müəssisənin saxlanma limiti 1300 nəfərlikdir. Onun sözlərinə görə, sağ hissə cəzaçəkmə müəssisə kimi, sol hissənin bir qismi isə istintaq təcridxanası kimi fəaliyyət göstərəcək.

“Müəssisədə rejim korpusları, istehsalat sahəsi, peşə biliklərini artırmaq üçün tədris sahəsi və müəssisəni mühafizə edən tabor üçün yerlər nəzərdə tutulub. Burada çalışan əməkdaşlarımız da diqqətdən kənarda qalmayıb. Onlar üçün 30 mənzillik yaşayış binası tikilərək istifadəyə verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə davamlı olaraq həyata keçirilən humanitar layihələr cəmiyyətin bütün təbəqəsini əhatə edir”, - O.Məmmədov bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}