Bakıda avtomobil 61 yaşlı kişini vurub


Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, yolu keçən 1963-cü il təvəllüdlü Vəliyev Eyvaz Kamal oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}