Balakəndə qardaş bacısını bıçaqlayıb
Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya bıçaqla xəsarət yetirib. Şəffaflıq.az-ın məlumatına görə, qadın xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş