İsmayıllı və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatların əməliyyat yolu ilə aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, növbəti tədbirlər zamanı İsmayıllı rayonunda 3, Göyçayda isə 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri ayrı-ayrı şəxslərdən aşkarlanaraq götürülüb. Araşdırmalar davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş