Salyanda keçmiş baş həkim və arvadı qətlə yetirilib
Salyanda ər və arvad qətlə yetirilib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər kənd sakinləri, 1956-cı il təvəllüdlü Məmmədov İsrafil və onun arvadı 1963-cü il təvəllüdlü Məmmədova Münəvvər yaşadıqları evdə qətlə yetiriblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, İ.Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub.
Xəbəri paylaş
Facebook-da paylaş