Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıblar.
Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıblar. Bu barədə Şəffaflıq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 17-də və 18-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 11 ədəd qumbara, 7 alışdırıcı, 58 ədəd patron darağı, 1944 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Xəbəri paylaş
Facebook-da paylaş