Muxtar Babayev: “Azərbaycan COP29 üçün uyğun platformadır”


“Azərbaycan COP29-a ev sahibliyi etmək və dövrümüzün aktual problemlərini həll etmək üçün uyğun platformadır”.

“Report”un Dubaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yekun sessiyasının plenar iclasında deyib.

“Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etmək istəyini elan etməkdən məmnunam. Zəngin mədəni irsi və dinamik enerjisi ilə Azərbaycan zəmanəmizin aktual problemlərinin həlli üçün dünya ictimaiyyətinin yenidən bir araya gəlməsi üçün uyğun platforma olacaq”, - nazir qeyd edib.

M.Babayev Şərqi Avropa qrupu ölkələrinə Azərbaycanı COP29-a ev sahibliyi etməkdə təsdiqlədiyinə minnətdarlığını bildirib: “Qrup ölkələrindən verilən dəyərli dəstək bir daha bizim iqlim dəyişikliyi ilə mübarizə və hamı üçün daha yaxşı gələcək qurmaq səylərimizi birləşdirməyə sadiqliyimizi əks etdirir. Dayanıqlı inkişafa sadiqliyimiz sadəcə, sözdə verilən vəd deyil, həm də milli siyasətimizdə və fəaliyyətimizdə öz əksini tapmış reallıqdır”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}