Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir – Şahnazaryan


 Bu növbədənkənar parlament seçkisi Ermənistan tarixinin ən biabırçı seçkisidir.
Şəffaflıq.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından namizəd olan David Şahnazaryan jurnalistlərə açıqlamasında deyib. O, seçkiöncəsi təbliğat kapmaniyasının az olmasına təəssüf edib:
“Seçki kapmaniyası zamanı təhdidlər səsləndirildi, hakim qüvvə tərəfindən təzyiq halları baş verdi”.Jurnalistlərin ötən seçkilərdə qanun pozuntusunun daha çox olması barədə qeydinə cavab olaraq Şahnazaryan deyib:
“Amma onda hakimiyyət demirdi ki, bu, qalaktikada ən şəffaf, ən təmiz seçkidir”.
O qeyd edib ki, bu, ölkə üçün çox vacib seçkilərdir:
“Ümid edirəm ki, xalq düzgün seçim etdi. Bir seçki bülletenini mən konvertə qoydum, digər ikisini isə cibimə - ona görə ki, onları da digər 8 bülleten kimi zibil qutusuna atmaq istəmədim”.
Şahnazaryan saat 20:00-da RP-nın qərargahında seçki bülletenlərini nümayiş etdirməyə söz verib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}