Peskov: “Ukraynanın Kremlə hücumunun arxasında ABŞ dayanır”


“Ukraynanın Kremlə hücumunun arxasında ABŞ dayanır”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, həm Kiyev, həm də Vaşinqtonun baş verənlərlə heç bir əlaqəsi olmadığına inandırmaq cəhdləri tamamilə gülüncdür.

“Biz yaxşı bilirik ki, bu cür hərəkətlər və bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev isə artıq ona deyilənləri edir”, - deyə Peskov bildirib.

Rusiya prezidentinin sözçüsü onu da deyib ki, metodların seçimi çox vaxt okeanın o tayından müəyyən edilir, Vaşinqtonda aydın şəkildə başa düşməlidirlər ki, biz bunu bilirik.

Mənbə: Dp.ru

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}