Tanışları ilə birgə evlərindən 143 minlik oğurluq edən şəxsə şərti cəza verilib


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən A.Bayramovun, tanışları - N.Nəcəfov və L.Sərkərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə həmin şəxslərə şərti cəza verilib.

Qeyd edək ki, hadisə 2022-ci iyulun 11-də Quba rayonunun Alekseyevka kəndindəki evlərin birində qeydə alınıb.

Belə ki, kənd sakini A.Bayramov tanışları - N.Nəcəfov və L.Sərkərovla birgə evlərində olan seyfin içərisindən ümumilikdə 142 678 manat pulu oğurlayıb.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}