Əsas Səhifə > Cəmiyyət > Tanışları ilə birgə evlərindən 143 minlik oğurluq edən şəxsə şərti cəza verilib
Tanışları ilə birgə evlərindən 143 minlik oğurluq edən şəxsə şərti cəza verilib4-05-2023, 16:41 |
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən A.Bayramovun, tanışları - N.Nəcəfov və L.Sərkərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə həmin şəxslərə şərti cəza verilib. Qeyd edək ki, hadisə 2022-ci iyulun 11-də Quba rayonunun Alekseyevka kəndindəki evlərin birində qeydə alınıb. Belə ki, kənd sakini A.Bayramov tanışları - N.Nəcəfov və L.Sərkərovla birgə evlərində olan seyfin içərisindən ümumilikdə 142 678 manat pulu oğurlayıb. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar. Şəffaflıq.az Geri qayıt |