Məktəb binasından yıxılan şagirdin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllıda məktəb binasından yıxılan şagird barədə açıqlama verib. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: “Hazırda şagird xəstəxanadadır və vəziyyəti normaldır. Hadisənin səbəbi bilinmir. Araşdırma bitəndən sonra ətraflı məlumat veriləcək”. 10:49 İsmayıllıda məktəb binasından yıxılan şagird Bakıya gətirilib. Oxu.Az xəbər verir ki, kəllə-beyin travması alan qız əvvəl Qəbələ, daha sonra isə Bakıdakı xəstəxanaların birinə gətirilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 10:38 İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb. Oxu.Az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb. Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb. Hadisə nəticəsində məktəbli xəsarətlər alıb. Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır. İlhamə Əbülfət Şəffaflıq.az
Facebook-da paylaş