“Qızım dözülməz qıcolmalardan əziyyət çəkir” - Ana köməyə çağırır - FOTO/VİDEO


10 yaşlı Dəniz Rəhimli ağır serebral iflic və dözülməz qıcolmalardan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Ülkanə Rəhimova məlumat verib.

O bildirib ki, Dənizin səhhətində problemlər doğulandan başlayıb və bu günə kimi o yeriyə, danışa bilmir.

“Hələ beş aylıq olarkən çox zəif göründüyü diqqətimizi çəkməyə başladı. Çox həkimə getdik, amma heç kim bizə kömək edə bilmədi. Bir yaşından başlayaraq Dənizi bir neçə dəfə müayinə və konsultasiya üçün Türkiyəyə apardıq, diaqnozunu orada öyrəndik. Bu səfərlər üçün əlimizdə olan hər şeyi satmalı olduq. Xoşbəxtlikdən, müalicə qıcolmaları azaltmağa kömək etdi və serebral ifliclə mübarizədə işə yaradı: qızım sərbəst şəkildə oturmağa, addımlar atmağa başladı”.

Bahalı dərmanlar qəbul etmək Dənizin qıcolmalarını üç il dayandırıb. Lakin bir müddət əvvəl vəziyyəti yenidən pisləşdiyindən həkimlər valideynlərinə onu təkrar müalicə üçün Türkiyəyə göndərməyi israrla tövsiyə ediblər.

“Qızım hər ay 200 manata yaxın müxtəlif dərmanlar qəbul edir. Çox çətinliklə onları almağa pul tapırıq, çünki mən işləmirəm, uşağa baxıram, yoldaşım isə dəmir sexində fəhlədir. Qızımızı Türkiyəyə göndərmək üçün lazım olan 6 000 manatın 2 800 manatını toplasaq da, 3 200 manatını toplamağa imkanımız çatmır. Yardımsevər şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Təsəvvür edin, gündə bir neçə dəfə uşağınızın dözülməz qıcolmalardan titrədiyini görürsünüz. Yeganə istəyimiz bu kabusun bitməsidir”

Ailə ilə əlaqə: 051 487 13 58






Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}