Xətaidə mopeddən yıxılaraq xəsarət alan qız ölüb
Bakıda qəza zamanı mopeddən yıxılan qız xəstəxanada ölüb. APA xəbər verir ki, aprelin 26-da Xətai rayonu, Zığ Yolu küçəsi, 2 ünvanının qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Eliza Oruc qızı Həsənova idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb və 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ötən gün isə həkimlərin səyinə baxmayaraq, Eliza Həsənova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlayıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş