Əsas Səhifə > Cəmiyyət > Xətaidə mopeddən yıxılaraq xəsarət alan qız ölüb

Xətaidə mopeddən yıxılaraq xəsarət alan qız ölüb


1-05-2023, 10:56


Bakıda qəza zamanı mopeddən yıxılan qız xəstəxanada ölüb.

APA xəbər verir ki, aprelin 26-da Xətai rayonu, Zığ Yolu küçəsi, 2 ünvanının qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Eliza Oruc qızı Həsənova idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb və 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Ötən gün isə həkimlərin səyinə baxmayaraq, Eliza Həsənova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

Şəffaflıq.az


Geri qayıt