Şamaxı rayonunda iftar süfrəsi təşkil olunub
19 aprel 2023-cü il tarixində rayon icra hakimiyyətinin təşəbbüsü ilə Şamaxı Cümə Məscidində iftar məclisi təşkil olunmuşdur. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak etmişdir. İftar məclisində Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev tərəfindən Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib. Aynur Şükürlü Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş