Gəncədə yük avtomobili ilə motosiklet toqquşub - FOTO
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
