Əsas Səhifə > Cəmiyyət > Gəncədə yük avtomobili ilə motosiklet toqquşub - FOTO

Gəncədə yük avtomobili ilə motosiklet toqquşub - FOTO


18-04-2023, 09:45


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə motosiklet toqquşub.

Qəza zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şəffaflıq.az


Geri qayıt