Azərbaycanda daha 66 nəfər COVID-19-a yoluxub - FOTO
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb. Azərbaycanda indiyədək ümumilikdə 830 846 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 153 nəfər müalicə olunaraq sağalıb, 10 213 nəfər vəfat edib, aktiv xəstə sayı 480 nəfərdir. Ölkədə son sutka ərzində 838, hazırkı dövrədək isə 7 576 355 test aparılıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş