Naxçıvanda 22 radiator oğurlanıb


Naxçıvan şəhəri ərazisində yerləşən, fəaliyyəti dayandırılmış inzibati binaların birindən 22 ədəd radiatorun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, Naxçıvan ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Mövsüm Nağıyev, Ata Rzayev, İsa Bəndəliyev və Arzu Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}