Donetskdə döyüşmək istəməyən azərbaycanlılar güllələndilər - VİDEO
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, Kiyevdə 4 həftəlik fasilədən sonra yenidən hava həyəcan siqnalları verilməyə başlayıb. Qeyd edilib ki, ötən gecə Ukraynanın şərq və cənub vilayətlərində döyüşlərin şiddəti daha da artıb: “Təkcə Donetsk vilayətinin Baxmut, Avdiyevka, Marinka və Limansk şəhərlərinə bir gecədə Rusiya Ordusu və “Vaqner” hərbçilərinin 49 hücum cəhdi olub”. O da bildirilib ki, işğalda olan Donetsk şəhərinin qəsəbələrindən birində separatçı rejimlə azərbaycanlılar arasında insident yaşanıb. “Separatçı rejim azərbaycanlıları da səfərbərliyə cəlb etmək istəyib. Nəticədə döyüşə getmək istəməyən Şamil Həsənov və Teymur Cumıyev güllələnərək öldürülüblər”, - deyə M.Aslanov əlavə edib.Şəffaflıq.az
Facebook-da paylaş