Əməliyyat olunan Səidə Dadaşovanın səhhəti necədir?
Ötən gün qəfil səhhəti pisləşən müğənni Səidə Dadaşova əməliyyat olunub. Müğənninin əməliyyatdan sonrakı vəziyyətini öyrənmək üçün Bizim.media-nın əməkdaşı Səidə Dadaşovanın həyat yoldaşı Məhəmməd bəylə (Maqa) əlaqə saxlayıb. Sənətçinin həyat yoldaşı qısa olaraq bunları söyləyib: “Səidə xanımın əməliyyatı dörd saat davam etdi. Şükür, indi özünü daha yaxşı hiss edir”. Qeyd edək ki, ifaçının ginekoloji əməliyyat keçirdiyi bildirilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş