Ulduz falı: 8 aprel, 2023-cü il
Qoç Bu gün indiki yerinizdən çıxıb, başqa işdə çalışmaqla bağlı planlar qura bilərsiniz. İş yerinizi dəyişməklə bağlı qərar verərkən iki dəfə düşünsəniz daha yaxşı olar. Dəyişiklik üçün olan bütün istəklərinizə baxmayaraq, heç də hər şey sizin istəydiyiniz kimi olmayacaq. Çünki, ani narahatlıqla qaçış planları qurmusan və boş ümidlə xəyal edirsən. İnsanlarla çox da laqeyd olmamağa çalışın. Unutmayın ki,empatiya qura bilməməyiniz sizi çətin vəziyyətlərə sala bilər. Hisslərinizlə qərar verməyin. Peşman ola bilərsiniz. Buğa Bu gün həmişəkindən daha səbirli olmalısınız. Meditasiya proqramları konsentrasiyanı artırmağa kömək edə bilər. Bu isə sizə layihənizi sürətlə həyata keçirmək üçün təkan olacaq. Qısa işgüzar səfərləriniz gözlənilir. Bu səfərin köməyi ilə böyük nüfuzu olan biri sizə sosial şəbəkə və karyera imkanlarınızı artırmağa kömək edə bilər. Amma insanlarla davranışda ehtiyyatlı olmağınız tövsiyyə edilir. Unutmayın, heç kim göründüyü kimi deyil. Əkizlər Bu gün ailə məclisləri və digər ictimai tədbirlərlə məşğul ola bilərsiniz. Ətrafınızdakı insanlarla mehribanlığınız sosial nüfuzunuzu artıra bilər. Bədii tərəfinizi inkişaf etdirən bəzi artefaktlar və ya ev əşyaları almaq üçün pul xərcləyə bilərsiniz. Qohumlarınzıdan şad xəbərlər alaacqsınız. Günü xoşbəxt və bərəkətli hiss edərək başa vurarkən, sahib olduqlarınıza görə şükr etməyi unutmayın. Unutmayın ki, nə qədər çox şükr etsəniz, həyatınıza pozitivləri o qədər çox çəkə bilərsiniz. Xərçəng Bu gün özünüzü həm zehni, həm də fiziki cəhətdən sağlam hiss edəcəksiniz. Bu da işinizin səmərəliliyində özünü əks etdirəcək. Həyatın bütün sahələrində yaxşı olduğunuz üçün, insanların qarşısında da mükəmməl obraz yarada bilirsiniz. Eyni zamanda çox yüksək konsentrasiyanız sayəsində zehni səy tələb edən hər şeyi tez bir zamanda idarə edə bilirsiniz. Karyera və ya şəxsi inkişafda böyümənizi təmin edəcək hadisələr baş verə bilər. Vəzifənizin artması üçün işinizdə bəzi çətin qərarlar verə bilərsiniz. Bu dəfə öz xeyirinizi düşünün, başqalarını deyil. Şir Bu gün həyatdan zövq almaq üçün bir az daha çox səy göstərməli olacaqsınız. Keçmişdə yaşadığınız mənəvi və ya fiziki stress yenidən özünü biruzə verə bilər. Tələsik qərarlar verməyin, uzaq səyahətlərə çıxmayın. Görüləcək işlər siyahısını minimuma endirin. Sakitləşmək və yenidən başlamaq bugün istirahət edin. Unutmayın ki, beyniniz daimi stress altında olmazsa, daha yaradıcı və asan həll yolu tapa bilər. Niyə səhv etdiyinizi etiraf etmirsiniz ki? Qız Bu gün günə sevincli başlayacaqsınız. İş yerində böhran idarəetmə bacarıqlarınızı təkmilləşdirə və yaxın gələcəkdə fayda verə biləcək sürətli qərarlar qəbul edə bilərsiniz. Əmanətlərinizi artıra biləcək bəzi yeni gəlir mənbələri yaratmaq imkanı da var. Bir az yardımla daha yüksək karyera pilləsinə qalxa bilərsiniz. Sevgi, eşq həyatınızda qalib gəlməyə davam edirsiniz. Sevgiliniz və ya həyat yoldaşınızla aranızdakı bağlar güclənəcək. Ailə və ev həyatınızda harmoniya yarana bilər. Siz bu günün qalibisiniz! Tərəzi Bugünkü işiniz sizi həm fiziki, həm də əqli cəhətdən kifayət qədər məşğul edə bilər. İşinizdə uğurlu bir gün keçirsəniz belə, onun yaratdığı ruhi yorğunluq səbəbindən ailənizə vaxt ayıra bilməyəcəksiniz. Lazım olduğundan daha çox məsuliyyət götürməyin. Olduğunuz yerdən və ətrafınızdakı insanlardan həzz almaq üçün bir az vaxt ayırın. Bir şeydən həzz almaq həm də minnətdarlığın bir formasıdır. Bunu etməyi uzun müddətə təxirə salsanız, şükür edəcək bir şeyiniz qalmaya bilər. Suvardığınız torpaqların bəhrəsini biçməyin vaxtıdır! Əqrəb Bu gün ətrafınızda sizi doğru yola yönəldəcək bəzi müsbət çəkimlər hiss edə bilərsiniz. Bu, gələn daxili səs və ya məsləhət şəklində ola bilər. Dini inancınız səbəbi ilə, internetdə məruz qaldığınız məlumatlara da həssas yanaşırsınız. Daxilən rahat olduğunuz üçün bu gün bütün sahələrdə performansınız nəzərəçarpacaq dərəcədə arta bilər. Unutma, sən sözün hər mənasında öz taleyini yazırsan. Hisslərin səni bəzi xeyriyyə işləri ilə məşğul olmağa sövq edə bilər. İçinizdəki yaxşılığı ortaya çıxarmağın vaxtıdır! Oxatan Bu gün özünüzü mənəvi cəhətdən bir qədər zəif hiss edə bilərsiniz. Bəzi sağlamlıq problemləri yarana bilər və evdə və ya işdə gözlədiyiniz bəzi istəkləriniz həyata keçməyə bilər. Ümidlə gözlədiyiniz bir neçə layihə gözlənilmədən dayanacaq. Bu isə, keyfinizi pozacaq. Az işləyin bu gün. Bəlkə də hazırda ən çox ailənizin dəstəyinə ehtiyacınız var. İnsanlara köməyə rhtiyacınız olduğunu bildirin. Əks halda çox yorulacaqsınız. Oğlaq Bu gün həyatınızın müəyyən bir sahəsində çətin seçimlə üzləşə bilərsiniz. Ehtimal ki, dilemma yaradıcı ruhunuzu izləmək istəyindən qaynaqlanacaq. Digər tərəfiniz isə özünü daha praktik və güclü hiss edir. İki qüvvəni bir ideyada birləşdirmək üçün nə edə biləcəyinizi düşünün. Bununla təkbaşına mübarizə aparmaq lazım deyil. Hər iki ideyanı dəstəkləyən müxtəlif insanlarla səmimi söhbətlər məlumatınızı artırmaqla yanaşı, seçiminizi asanlaşdıra bilər. Dolça Bu gün emosiyalarınıza çox da tabe olmamağa çalışın. Sizi heç bir şəkildə maraqlandırmayan bir xaosa qapılsanız problemlə üzləşə bilərsiniz. Empatiya qabiliyyətiniz sizi çıxılmaz vəziyyətə sala bilər. Heç kimi düşünmədən həyatınıza davam edin. Özünüzü olduqca güclü hiss edəcəksiniz. Hər şeyin aydın şəkildə görünməməsi, hadisələrin xeyrinizə inkişaf etməməsi, demək deyil. Nə qədər ki, hər şeyin yaxşı olacağına əminsən, hər şey yaxşı olacaq. Balıq Siz bu gün yaradıcılığın zirvəsində ola bilərsiniz. Əmin olmalısınız ki, gördüyünüz işlər bunun zəmin yaradır. Bir maneə ilə qarşılaşmaq təhlükəsi ola bilər. Ruhdan düşməməyə çalışın. Düşməniniz göründüyü qədər böyük deyil. Bunun əvəzinə keçmişdə etdiyiniz işləri nəzərdən keçirməyiniz daha yaxşı olar. Duyğularınızın anidən dəyişməsinə imkan vermək əvəzinə, bu gün sizi bu vəziyyətinizə gətirən əsas hadisələrə diqqət yetirməyə çalışın. İstəsəniz də, istəməsəniz də həyatda hər şeylə üzləşməli olacaqsınız!Şəffaflıq.az 8 aprel, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:
Facebook-da paylaş