Naxçıvanda 3 yaşlı uşaq mismar udub
Naxçıvanda 3 yaşlı uşaq mismar udub. APA-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayon Böyükdüz kəndində qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Əli Ceyhun oğlu Əlisoy evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib. Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş