Əsas Səhifə > Cəmiyyət > Naxçıvanda 3 yaşlı uşaq mismar udub
Naxçıvanda 3 yaşlı uşaq mismar udub7-04-2023, 12:51 |
Naxçıvanda 3 yaşlı uşaq mismar udub. APA-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayon Böyükdüz kəndində qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Əli Ceyhun oğlu Əlisoy evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib. Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir. Şəffaflıq.az Geri qayıt |